23 İyul 2015 19:12
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə daha bir polis qətlə yetirilib. Ötən gün Şanlıurfada iki polisin qətlinə görə matəm saxlayan qardaş ölkə bu gün daha bir acı xəbər alıb.

Teleqraf.com xəbər verir ki, Diyarbəkirdə təşkil edilən silahlı hücum nəticəsində daha bir polis əməkdaşı qətlə yetirilib. Silahlılar polislərə yalançı qəza xəbəri verərək tələ qurublar.

Hadisə zamanı ağır yaralanan Tansu Aydın ilə Ali Qaraxan xəstəxanasına yerləşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq yaralı polislərdən Tansu Aydın şəhid olub. Polis Ali Qaraxanln müalicəsi davam edir.

Polis silahlıların tapılması üçün əməliyyata başlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər