24 İyul 2015 12:25
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un xəbərinə görə, dünən Çankaya Köşkündə baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə təhlükəsizlik məsələlərinə həsr olunan toplantı keçirilib. Türkiyə hökumətinin açıqlamasına görə, toplantıda İŞİD-in Türkiyə sərhədinə hücum etməsi müzakirə edilib və bu səbəbdən Suriya ərazisində terror təşkilatına qarşı hava əməliyyatı keçirilməsinə qərar verilib.

Açıqlamada deyilir: "On üç dəqiqə davam edən əməliyyat zamanı İŞİD-in 3 hədəfi vurulub.
Saat 03.12-də başlayan əməliyyat zamanı Diyarbakırdan 3 F-16 havaya qalxıb. 03.40-03.53 arasında icra edilen hava əməliyyatı zaçamı İŞİD-in 2 qərargahı və 1 toplanış nöqtəsinə 4 bomba atılıb".

Türkiyə KİV-in xəbərinə görə, əməliyyat zamanı 35 İŞİD terrorçusu məhv edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər