NATO-nun üzvü olan ABŞ və Türkiyə İŞİD terror təşkilatı ilə mübarizədə "İncirlik" hərbi bazasının istifadə edilməsi məsələsində razılığa gələcəklər.
Bunu Trend-ə Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, politoloq Pol Qobl deyib.
Onun sözlərinə görə, aydındır ki, İŞİD silahlıları ilə mübarizədə hərbi gücdən istifadə etmək lazımdır: "Lakin İŞİD silahlıları üzərində qələbəni yalnız hərbi yolla qazanmaq mümkün deyil. Onlarla ideoloji müharibə də aparmaq lazımdır".
P.Qobl qeyd edib ki, İŞİD silahlıları üzərində əsas qələbə ideoloji sahədə qazanılmalıdır.