Türkiyədə silahlı şəxslər İstanbul Maltəpə Həbsxanasının daxilində yerləşən hərbi müdafiə batalyonunun binasına 4 dəfə atəş açıblar.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmayıb.
Avtomobillə hərəkət edən şübhəlilər hücumdan sonra hadisə yerindən uzaqlaşıblar. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.
Şübhəlilərin tapılması üçün bölgədə geniş əməliyyata başlanılıb.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm