Moskva polisi britaniyalı jurnalist Qrem Fillips və ictimai fəal Mariya Katakonobu saxlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Qrem və Mariya rus müxalifətçisi Boris Nemtsovun həyata keçirdiyi siyasət ilə bağlı onun öldürüldüyü körpüdə sujet hazırlayarkən saxlanılıb. Bununla bağlı Fillips öz Twitter hesabından məlumat verib.
Bir neçə saatlıq dindirilmədən sonra saxlanılanlar sərbəst buraxılıb.
Samir