İran İslam Respublikasında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 4 min nəfər namizədliyini irəli sürüb.
Bu barədə seçkilərə hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli məlumat verib. O qeyd edib ki, nazirlik seçkilərin şəffaf və tam qanunauyğun keçməsi üçün bütün imkanlardan istifadə edəcək. Nazirin sözlərinə görə, namizədlərə siyasi mübarizə aparmaq üçün, seçicilərə isə istədikləri namizədə səs vermələri üçün qanunda nəzərdə tutulmuş bütün şərait yaradılacaq.
Xatırladaq ki, 2016-ci ilin fevralında İran İslam Şurası Məclisinə seçkilər keçiriləcək. İranda bir çox ölkələrdəki kimi, seçkiləri Mərkəzi Seçki Komissiyası yox, Daxili İşlər Nazirliyi təşkil edir, keçirir və səsləri sayaraq nəticəni elan edir. Ümumiyyətlə İranda Mərkəzi Seçki Komissiyası yoxdur.
İran parlamenti 290 deputatdan ibarətdir. Onlardan 14 nəfəri qeyri-islam dini azlıqları təmsil edirlər. İranda parlament seçkiləri 4 ildən bir keçirilir.