15 Avqust 2015 09:50
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan parlamentinin üzvləri üçüncü yardım planı layihəsini dəstəkləyiblər.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, təklif olunan planda vergilərin artırılması və xərclərin azaldılması nəzərdə tutulur. Əvəzində ölkəyə təxminən 85 milyard avro yardım ediləcək.

Parlamentdə yardım planının leyhinə 222 deputat səs verib. Əleyhinə 64, bitərəf isə 11 millət vəkili olub. Hakim Syriza partiyasından 32 “yox” və 11 bitərəf olub.

Müzakirələr zamanı parlamentdə acıqlı fikir mübadiləsinin olduğu bildirilir.

Parlament üzvləri layihənin avrozonada təsdiqi üçün şərtlərlə razılaşmalı idi.

Yunanıstanın Avropa Mərkəzi Bankına olan təxminən 3.2 milyard avro borcunu ödəmək üçün son tarix 20 avqustdur.


Müəllif:

Oxşar xəbərlər