Tehranda Böyük Britaniyanın baş naziri Filip Hemmond və İranın baş naziri Məhəmməd Cavad Zərifin iştirakları ilə mətbuat konfransı keçirilir. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.
Konfransda ölkələr arasında son 4 il ərzində formalaşan münasibətlər müzakirə olunur.
Daha öncə Tehranda və Londonda dövlətlərin səfirlikləri açılıb.
2011-ci ildə Böyük Britaniyanın İrandakı səfirliyi London tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiyalara görə kütlə tərəfindən dağıdılmışdır.