23 Avqust 2015 21:25
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub".

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov enerji nazirini işdən çıxarıb.

ANS PRESS-in məlumatına görə, enerji naziri Geldi Saryev işindəki çatışmazlıqlara görə vəzifəsindən azad olunub. Saryev 2014-cü ilin yanvarından nazir idi.

Prezident nazirə deyib ki, "Siz 1 ildən çoxdur ki, nazir idiniz və Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub". Prezidentin sözlərinə görə, işıq kəsilirdi və bununla bağlı çoxlu şikayət olurdu.

Qurbanqulı Berdımuhəmmədov həmçinin qeyd edib ki, qeydiyyatsız işıq istifadəçiləri, elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı istintaq aparılır.


Müəllif:

Oxşar xəbərlər