Ankara Prokurorluğu PKK terror təşkilatı ilə mübarizədə daha bir addım atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, prokurorluq təşkilatın 52 lideri haqqında həbs qərarı çıxarıb. 52 şübhəlinin adı hazırda Türkiyə Ədliyyə Nazirliyinə və Baş Polis İdarəsinə göndərilib.
Şübhəlilər arasında Kürdüstan Cəmiyyətlər Birliyinin İcra Şurasının üzvləri Murad Karayılan, Cəmil Bayık, Duran Kalkan, Mustafa Karasu, Ali Haydar Kaytan, Fehman Hüseyn və Sabri Ok da var.
Samir