31 Avqust 2015 19:23
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatları ABŞ-da yerləşən BMT-nin mənzil-qərargahının neytral ölkə olan İsveçrəyə köçürülməsini təklif edib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Dumanın deputatı İqor Zotov məlumat verib.

Onun sözlərinə görə, təklif məktubla Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT baş katibi Pan Gi Muna göndərilib: “Bugünkü şəraitdə BMT-nin məqsədi hazırkı dövrdə beynəlxalq aləmdə rolunu gücləndirməkdir. O, ABŞ-ın əlində təsir vasitəsinə çevrilməməlidir. BMT Baş Assambleyasında iştirak etməli olan şəxslər ABŞ-ın tətbiq etdiyi qadağa səbəbindən Vaşinqtona gələ bilmir. Buna görə də BMT mənzil-qərargahı neytral ölkəyə köçürülməlidir. Bu İsveçrə ola bilər”.


Samir


Müəllif:

Oxşar xəbərlər