3 Sentyabr 2015 19:35
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini lideri Ayətullah Ali Xameneyi bildirib ki, böyük dünya ölkələri İranın nüvə sazişi çərçivəsində Tehrana qarşı beynəlxalq sanksiyaları aradan qaldırmalıdır.

Xameneyi sentyabrın 3-də dövlət televiziyası ilə çıxışında qeyd edib ki, sanksiyalar götürülməsə heç bir sövdələşmə olmayacaq.

İyulun 14-də Vyanada İranla 6 dünya ölkəsi arasında imzalanmış yükün sazişdə, Teharın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması nəzərdə tutulur.

Dövlət məsələlərində son söz sahibi olan dini lider həmçinin bildirib ki, o bu məsələ ilə əlaqədar parlamentdə səsvermə keçirilməsinin tərəfdarıdır.


Müəllif:

Oxşar xəbərlər