İŞİD Suriyanın Hələb vilayətinin Bab rayonunda kürdlərin yaşadığı kəndlərə basqın təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyinə Suriya ordusuna və İŞİD-ə qarşı yaradılan İnqilab Ordusunun sözçüsü Əhməd Hisso deyib.
O, İŞİD-in son iki həftə ərzində Bab rayonunun Tılbetal, Qoli, Tolıp və Cembır kəndlərinə basqın edərək, təxminən 100 kürd vətəndaşı qaçırdığını açıqlayıb:
“Bizə gələn məlumatlara görə, İŞİD Babdakı kürd kəndlərinə gecələr basqın edib, evlərdə axtarış aparır. Onlar evlərdə silahın olub-olmadığını və kürd gənclərin İnqilab Ordusu ilə əlaqəsini yoxlayır. Qaçırılanların çoxu gənclərdən ibarətdir və onlardan bəziləri əvvəllər Azad Suriya Ordusunda döyüşdükləri üçün həbsxanalara salınıb”.