13 Sentyabr 2015 20:21
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada onlarla miqrantın olduğu yük maşını aşkarlanıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, həmin avtomobillə suriyalı mühacirlər ölkəyə gətirilib.

Məlumata görə, aralarında beş qadın və səkkiz uşaq olan mühacirlər Avstriya ilə Macarıstanı birləşdirən avtomobil yolunda aşkarlanıblar.

Onları qanunsuz olaraq Avropaya gətirən iki İraq vətəndaşı həbs olunub.

Xatırladaq ki, avqustun sonunda Avstriya ərazisində 50-ə yaxın qeyri-qanuni miqrantların meyiti olan yük maşını tapılmışdı.


Müəllif:

Oxşar xəbərlər