Macarıstan polisinin mühacirlərə qarşı qeyri-insani rəfdarı Serbiya hökümətinin etirazına səbəb olub. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Serbiya rəsmiləri Macarıstana nota ünvanlayıb.
"Macarıstanlı həmkarlarımızın mühacirlərə qarşı aqressiv yanaşmasını düzgün hesab etmirik. Əks halda vəziyyəti idarə etmək daha da çətin olacaq" - deyə Belqrad nümayəndələri vurğulayıb.
Qeyd edək ki, bir qrup mühacir bu gün Serbiya-Macarıstan sərhədindəki baryerləri dağıdaraq Macarıstan ərazisinə keçib. Polis miqrantlada qarşı gözyaşardıcı qazdan istifadə edib.