22 Sentyabr 2015 15:15
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Latviya ilə sərhəddə hərbi fəallığını artırması rəsmi Riqanı narahat edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Latviya Silahlı Qüvvələrinin komandanı Raymond Qraybe deyib.

Onun sözlərinə görə, Rusiya gəmiləri son vaxtlar bir neçə dəfə Latviya sularına qeyri-qanuni şəkildə daxil olub. Bununla əlaqədar Qraybe Moskvanın izahat verməli olduğunu deyib.

Qraybe qeyd edib ki, Latviya hökuməti bu kimi addımları hərbi təhdid kimi qiymətləndirir və məsələ ilə bağlı ciddi tədbirlər görəcək.

Samir


Müəllif: