29 Sentyabr 2015 14:34
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın bəzi ştatlarında cinsi azlıqların təqibi cinayətdir".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə müshibəsində deyib.

Onun sözlərinə görə, müasir dünyada belə bir halın baş verməsi qəbuledilməzdir: "Məlumdur ki, ABŞ-ın 4 ştatında eyni cinsdən olanların evlənməsinə icazə verilmir. Bu yaxşıdır, ya pis. Biz Konstitusiya Məhkəməsinin qərarını bilirik. Ancaq bu məsələ ABŞ qanunvericiliyində tam aradan qaldırılmayıb. Bəli, mən bunu pisləyirəm. Hesab edirəm ki, müasir dünyada kimisə cinsi oriyentasiyasına görə təqib etmək insan hüquqlarının məhdudlaşdırımasıdır".

Putin Rusiyada homoseksualların həyat şəraitindən də danışıb: "Rusiyada homoseksuallar rahat işləyir, yaşayır. Onlara elmdə, incəsənətdə nailiyyətlərinə görə dövlət mükafatı, ordenlər verilir".

Samir


Müəllif: