30 Sentyabr 2015 01:12
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nümayəndə heyəti Ukrayna prezidenti Pyotr Poroşenkonun BMT-də çıxışı zamanı iclasda iştirak etməyib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pyotr Poroşenko BMT Baş Assambleyasının 70-ci iclasında ingilis dilində çıxış edib. O nitqində Rusiyanın Ukraynaya qarşı müharibə apardığını qeyd edib: “Bu vətəndaş müharibəsi deyil, bu heç daxili münaqişə də deyil”.

Onun sözlərinə görə, Moskva bu dəfə artıq Ukraynanın Donbas bölgəsində yeni düşüncəsiz oyun aparır.

“Bu işğalçı müharibənin mənim ölkəmə, Ukraynaya qarşı aparılmasına heç bir şübhə yoxdur”, deyə Poroşenko bildirib.


Müəllif:

Oxşar xəbərlər