1 Oktyabr 2015 00:40
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bayrağı Fələstin lideri Mahmud Abbas qaldırıb.

“Bu tarixi bir andır. Sentyabrın 30-u Fələstin bayrağı günü olacaq”, deyə M.Abbas bildirib.

BMT-nin baş katibi Pan Qi Mun deyib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.


Qeyd edək ki, BMT Baş Assambleyası quruma üzv olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.


Müəllif: