Rusiya vətəndaşlarından yeni vergi – "kabab vergisi" alınacaq.
Vergi Məcəlləsinə belə bir dəyişiklik edilməsi təklifi ilə Dumanın üzvü Vladimir Petrov çıxış edib.
Deputat təklif edib ki, Rusiya meşələrində kabab çəkən vətəndaşlardan 500 rubl dəyərində “kabab vergisi” alınsın.
Deputat bunu onunla izah edib ki, meşəyə gələrək kabab çəkən insanlar bu zaman meşəni zibilləyə və ya yanğın yarada bilərlər. Meşə xüsusi ekoloji ərazi olduğuna görə onu qorumaq və qayda-qanuna əməl etmək lazımdır.
Deputat qeyd edib ki, bu verginin olması meşələrdə yanğınların sayını azaldacaq. O həmçinin təklif edib ki, meşədə lisenziyasız kabab çəkən şəxslərə 5 min rubla qədər cərimə tətbiq olunsun.
Publika.az