4 Oktyabr 2015 23:00
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub. Trend-in məlumatına görə, bu barədə Qırğızıstanın "Kabar" xəbər agentliyi məlumat verib.

Səslərin 99, 25 faizinin nəticələrini açıqlayan Qırğızıstan Mərkəzi Seçki Komissiyası altı partiyanın yeni parlamentdə mandat əldə etdiyi açıqlayıb.

Səslərin 26,6 faizini qazanan SDPK ilk sıradadır. Hazırki prezident Almazbek Atambayev də vaxtı ilə məhz bu partiyaya sədrlik edib.

Qırğızıstanda 2 milyon 761 min 297 seçici var.


Müəllif: