Rusiya Suriyada tezliklə ilk itkilərini verəcək.
Musavat.com-un məlumatına görə, belə bir açıqlama ilə Pentaqonun (ABŞ Müdafiə Nazirliyinin) başçısı Eşton Karter çıxış edib. O, Moskvanı həmçinin, Rusiya ərazisində İŞİD hücumları ilə bağlı xəbərdarlıq edib.
“Mən gözləyirəm ki, yaxın günlərdə ruslar Suriyaya görə itki verməyə başlayacaqlar. Əfsus ki, çoxdan əzab çəkən bir ölkədə - Suriyada siyasi keçid prosesində iştirak əvəzinə Rusiya Əsədə ikiqat dəstək vermək qərarına gəldi”, - deyə Karter NATO-nun Brüsseldəki mənzil-qərargahındakı mətbuat konfransında qeyd edib.
Nazir əlavə edib ki, Rusiya İŞİD-lə mübarizə haqda bəyan elədiklərinə rəğmən, zərbələri tamam ayrı hədəflərə endirir.
“Bu üzdən Suriyada vətəndaş müharibəsi daha da qızışacaq. Moskva belə yanlış strategiyada təkid etdikcə biz onunla əməkdaşlıq etməyəcəyik” – vurğulayıb Pentaqon rəhbəri.