12 Oktyabr 2015 22:35
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məhkəməsi casusluq da daxil bir neçə maddə ilə ittiham olunan "Vaşinqton Post"-un reportyoru Jason Rezaian-ın işilə bağlı hökm çıxarıb, İran Ədliyyəsi bildirib.

Rəsmilər təffərrüatları açıqlamadan, sadəcə hökm çıxarıldığını bildirblər.

Bazar günü Ədliyyə rəsmisi həmin hökmdən məhkəməyə şikayət verilməsinin mümkünlüyünü qeyd etməklə Jason Rezaian-in təqsirsiz olduğunu güman etməyə əsas verib.

39 yaşlı Jason Rezaian bir ildən artıqdır kı İranda həbsdə saxlanılır. Dövlət televiziyası ilə çıxış etmiş Ədliyyə rəsmisi Gholamhoseyn Mohseni-Ezhei hökmdən Rezaian-in və onun vəkilinin 20 gün ərzində şikayət emək hüququna malik olduqlarını qeyd edib.

"Vaşinqton Post" öz reportyoruna qarşı ittihamların absurd olduğunu deyərək onları rədd edib. Washington Post-un xarici məsələlər üzrə redaktoru Douglas Jehl çıxarılmış hökmün "qeyri-müəyyən" oluğunu deyib.

"Aydın olanı yalnız budur ki, Jason elə əvvəldən günahsız olub. Qalan hər şey qeyri-müəyyəndir", redaktor deyib. Jason Rezaian-a qarşı çıxarılmış hökm qüvvədə qalarsa, onu 10 ildən 20 ilədək həbs cəzası gözləyə bilər.

Jason Rezaian, onun jurnalist arvadı və daha iki fotojurnalist 2014-cü ilin iyun ayında İranda saxlanılmışdılar. O zaman tutulanlardan həbs altında bu günədək qalan yalnız Jason Rezaian-dır. 2012-ci ildən "Vaşinqton Post"un Tehran bürosuna rəhbərlik edən Rezaian casusluq və İran əleyhinə təbliğat aparmaqda ittiham olunub.

Onun ikili İran-ABŞ vətəndaşlığı var və məhkəmə işinə dörd dəfə bağlı qapılar arxasında baxılıb.


Müəllif: