İsveçrənin böyük "UBS" və "Credit Suisse" bankları rusiyalı müştərilərinin hesablarını kütləvi şəkildə bağlamağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Banklar hesabında 5 milyon dollardan az pulu müştəriləri hər ay əlavə olaraq 1000 isveç frankı ödəməyə məcbur edir.
Bankirlərin fikirincə, banklar bununla riskləri azaltmaq və daha böyük müştərilərə xidmət etməyi üstün tuturlar.
Jurnal qeyd edir ki, İsveçrə bankları rusiyalı müştərilərindən əvvələ Anqola, Türkmənistan və Belarus vətəndaşlarına qarşı da bu siyasəti həyata keçirib.
Rüstəm