17 Oktyabr 2015 23:10
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə, hökumət dəftərxanasının binası önündə “Qazprom”a yox!” şüarı altında aksiya keçirilir. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, nümayişçilər yerli hakimiyyətin “Qazprom”la başladığı danışıqlara etiraz edirlər.

Aksiyada ölkənin tanınmış insanları, o cümlədən siyasətçilər, “Milli Hərəkat”ın nümayəndələri iştirak edirlər.

Ekspert Yelena Xoştariyanın bildirdiyinə görə, “Qazprom” – Rusiyanın əlində Avropa və regionumuz üçün qorxulu bir silahdır. “Birincisi, Rusiyadan qaz təchizatı bizim üçün Moskvadan siyasi asılılıq deməkdir ki, bu, prinsipial olaraq yolverilmıəzdir. İkincisi, danışıqların gizli aparılması da yolverilməzdir. Biz bu barədə yalnız Rusiya KİV-dən məlumat alırıq. Bu, o deməkdir ki, Gürcüstan hökuməti milli təhlükəsizlik məsələləri ilə bağlı Rusiya ilə məxfi danışıqlar aparır. Üçüncüsü – biz Gürcüstanın stabil qaz təchizatçısı olan Azərbaycanla münasibətləri korlayırıq. Bu məsələlər bizdən ötrü prioritetdir” – qeyd edib ekspert.


Müəllif:

Oxşar xəbərlər