İranın paytaxtında küçə uşaqları cinsi zorakılığa məruz qalır.
Publika.az İran mətbuatına istinadən xəbər verir ki, Tehran şəhərində azyaşlıların 29 faizini küçə uşaqları təşkil edir. İranın “uşaqları qoruma” təşkilatının verdiyi statistikaya görə isə bu uşaqlaın 22 faizi cinsi istismara məruz qalır.
Statistikaya o da əlavə olunub ki, cinsi zorakılığa məruz qalan küçə uşaqlarının 5 faizi HİV virusunun daşıyıcısıdır.