21 Oktyabr 2015 00:37
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagirdlər 52 yaşlı müəlliməni məktəbin ayaqyolusunda döyərək, öldürüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Çinin şimalındakı Hunan şəhərində baş verib. 11-13 yaşlı 3 uşaq müəllimə ilə sinif otağında tək qaldıqda cinayəti həyata keçiriblər.

İlk olaraq, əllərindəki odunla qadının başına vuran uşaqlar daha sonra müəlliməni ayaqyoluna aparıb və dəfələrlə onun başına zərbələr endiriblər. Müəllimənin nəfəs almadığını görən uşaqlar onun çantasındakı pulu və mobil telefonu götürərək, hadisə yerindən uzaqlaşıblar.

Məlumatlara görə, məktəblilər artıq polis tərəfindən saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər