Rusiya və Türkiyənin hərbi idarələri Suriya səmasında təsadüfi hava insidentlərinin qarşısını almaq üçün birbaşa telefon xətti təşkil edib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, belə bir əməkdaşlıq formatı Rusiyanın Xmeymimdəki aviabazasındakı HHQ uçuşlarının idarə mərkəzi ilə İsrail HHQ-nin komanda məntəqəsi arasında mövcuddur.
Bundan qabaq Rusiya ilə ABŞ arasında Suriyadakı uçuşların təhlükəsizliyi barədə qarşılıqlı anlaşma barədə memorandumun qüvvəyə mindiyi xəbər verilmişdi.