23 Oktyabr 2015 01:38
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

WikiLeaks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennanın yazışmalarına aid yeni sənədləri dərc edib. Musavat.com-un məlumatına görə, o sırada Birləşmiş Ştatların Əfqanıstana və Pakistana dair dövlət strategiyasına dair 7 noyabr 2008-ci il tarixli tövsiyələri və Brennanın özünün şəxsi elektron posçtlarından birinin vasitəsilə yazışdığı şəxslərin siyahısı ictimailəşdirilib.

Bundan öncə MKİ rəhbərinin 2007-2008-ci illərdə Barak Obamanın seçki kampaniyası dövründə göndərdiyi 6 məktub dərc edilmişdi.

MKİ direktorunun postunun yeniyetmə-haker dağıdıb.

Brennan bu posta 2013-cü ildə təyin edilib. Ona kimi o, Obamanın terrorla mübarizə məsələləri üzrə müşaviri işləyib. Kəşfiyyatda 25 ildir ki, çalışır.

Sənədlərin dərcindən sonra Brennan bildirib ki, “dərc olunan məktublarda “məxfi” dərkənarın olduğunu göstərən heç bir əlamət yoxdur”.


Müəllif:

Oxşar xəbərlər