25 Oktyabr 2015 00:25
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın Suriyada İŞİD-ə qarşı vuruşan “Azad Suriya Ordusu” müxalifət qruplaşmasına havadan dəstək verməyə hazır olduğunu bildirib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Sergey Lavrov “Vesti v subbotu” televiziya verilişində deyib.

Lavrov Rusiyanın Suriyada bütün siyasi qüvvələr ilə təmas quran yeganə ölkə olduğunu qeyd edib: “Biz konkret olaraq tək Bəşər Əsədin və ya tək müxalifətin maraqlarını nəzərə almaq istəmirik. Biz, bütövlükdə, Suriyanın maraqlarını nəzərə almaq istəyirik. Suriya üçün dinc şəraitin yaradılması, müharibənin tezliklə başa çatması, terrorçuların Dəməşqdə və yaxud ölkənin hər-hansı hissəsində hakimiyyəti ələ ala bilməməsi vacibdir”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri bu gün misirli həmkarı Sameh Şükri ilə Suriya münaqişəsinin nizamlanmasında əməkdaşlığa dair razılığa gəliblər.


Müəllif:

Oxşar xəbərlər