25 Oktyabr 2015 15:32
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda dövlət çevrilişinə cəhdlə bağlı araşdırmalara başlanılıb.

ANS PRESS-in məlumatına görə ölkənin daxili işlər nazirliyi KİV-də sabiq prezident Mixeil Saakaşvili və Təhlükəsizlik şurasının sabiq katibi Qiqa Bokeriyanın görüşü haqda yayılan məlumatlar əsasında hərəkətə keçib.

Daha əvvəl bəzi Ukrayna KİV-də oktyabrın 22-i Saakaşvili və Bokeriyanın İstanbul aeroportunda görüşərək, yaxın günlərdə “Rustavi 2” telekanalının leyhinə keçirilən aksiyalarda dövlət çevrilişi planını həyata keçirilməsinə dair müzakirələr apardığları haqda məlumat yayılıb.

Gürcüstanın DİN-in başçısının müavini Levon İzoriya bununla bağlı məyyən tədbirlərə başlanıldığını bildirib. “Dövlət təhlükəsizliyi xidmətinin kəşviyyat departamentinin həyata keçirdiyi operativ-istintaq tədbirləri və KİV-də yer alan məlumat əsasında Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə araşdırmalara başlanılıb. Bu maddə hökuməti devirmək və hakimiyyəti ələ keçirmək məqsədi ilə sui-qəsdi nəzərdə tutur.”

Lakin İzoriya sözün hansı tədbirlərdən və KİV-dən getdiyini açıqlamayıb.

DİN-i bəyan edib ki, yaranan vəziyyətlə bağlı əhalinin təhlükəsizliyini qorumaq üçün istənilən, hətda fövqəladə tədbirlərə belə əl atmağa hazırdır.

“Əsasən, “Rustavi 2” telekanalına yaxın ərazilərdə 24 saat ərzində monitorinq aparmağa imkan verəcək müşahidə kameraları quraşdırılacaq”,- deyə DİN-in bəyanatında deyilir. “Bundan əlavə vətəndaşların və telekanal əməkdaşlarının təhlükəsizliyi üçün burada patrul xidmətləri növbə çəkəcək. ”

"Rustavi 2" Gürcüstanın nüfuzlu telekanallarından hesab olunur. Bu kanal hakimiyyəti son dərəcə tənqid etməsi ilə fərqlənir.
Hazırda telekanal ətrafında sabiq sahibi Kibara Xalvaşinin qaldırdığı iddia əsasında məhkəmə prosessi aparılır. Xalvaşi teleşirkətdə olan payını qeri almaq istəyir. Onun sözlərinə görə, o hakimiyyətin təzyiqi altında öz payından imtina etməyə məcbur qalıb.

“Gruziya-online” xəbər portalının məlumatına görə Qiqa Bokeriya artıq ifadə vermək üçün Dövlət təhlükəsizliyi xidmətinə çağrılıb. Öz növbəsində Bokeriya ölkədə baş verənləri absurd adlandırıb və bunun günahının sabiq baş nazir Bidzina İvanişvilidə olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər