ABŞ Krım və Ukraynanın şərqi üzərində mülki və kommersiya uçuşlarına qadağanı daha bir il – 2016-cı il oktyabrın 27-dək uzadıb. Musavat.com-un məlumatına görə, bu barədə Amerika hökumətinin federal reyestrinin saytında yerləşdirilən məlumatda deyilir.
“Bu qərar ABŞ-ın bütün aviadispetçerləri, kommersiya operatorları və uçuş sertifikatı olan şəxslər üçün Simferopol və Dnepropetrovsk səmasında müəyyən uçuşlara yasağın müddətini uzadır” – məlumatda qeyd edilir.
Sənəddə həmçinin, ötən il iyulun 17-də Amsterdamdan Kuala-Lampura uçan Malayziyaya məxsus “Boeinf-777” sərnişin təyyarəsinin Donetsk vilayətinin şərqində vurulması xatırladılır. Faciə nəticəsində 15 ekipaj üzvü daxil, 298 nəfər həlak olmuşdu.