BMT-nin hüquq müdafiəçiləri İranda edam cəzalarının artmasından narahat olduqlarını bəyan ediblər. Musavat.com-un məlumatına görə, bu barədə “Spiegel” jurnalı xəbər yayıb.
Təşkilatın İranda insan haqlarının vəziyyətinə dair xüsusi məruzəçisi Əhməd Şahid qeyd edib ki, 2015-ci ildən ölkədə edamların sayı daim artıb. Onun sözlərinə görə, hər il ölkədə istənilən başqa ölkədən çox sayda ölüm hökmü icra edilir.
Məruzəçinin bildirdiyinə görə, ötən il 753 adam edam edilib, ancaq 2015-ci ildə rəqəm mini keçəcək. Şahid deyib ki, edamların əksəriyyəti beynəlxalq hüququ pozur.
BMT-nin məlumatına görə, bu ilin 1-ci yarısı ərzində İranda edam edilənılərin 69%-i ən yüksək cəzaya narkotilərlə əlaqəli odluqları üçün layiq görülüb. Bəziləri hətta sosial şəbəkələrdə yerləşçdirdikləri statusa görə bu aqibətə tuş gəlib.
Xüsusi məruzəçi İran hökumətini ən ağır cinayətlər istisna olmaqla bütün növ cinayətlər üçün ölüm hökmünə moratorum qoymağa çağırıb.