ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət katibi Hilari Klinton bütün istiqamətlərdən olan siyasətçiləri “ölkənin qarşısında duran böyük çətinlikləri yoluna qoymaq” naminə birləşməyə çağırıb.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Nyu-Qempşir ştatında seçkiqabağı kampaniyası çərçivəsində etdiyi çıxışı zamanı bildirib.
“Biz respublikaçı da olsaq, demokrat da olsaq və ya hansısa başqa adla özümüzü adlandırsaq da, hamımız eyni komandadayıq” – deyib sabiq dövlət katibi.
“Mən hesab eləmirəm ki, Amerikanı qüdrətli eləmək lazımdır, mən hesab edirəm ki, Amerikanı daha qüdrətli eləmək gərəkdir” - Klinton əlavə edib.
Qeyd edək ki, “Amerikanı yenidən qüdrətli edək!” şüarı respublikaçı-namizəd, milyarder Donald Trampa məxsusdur.