10 Noyabr 2015 17:37
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kabardin-Balkar Muxtar Respublikasının paytaxtı Nalçikdə İŞİD terror qruplaşmasının lideri mühasirəyə alınıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun güc strukturlarındakı mənbə bildirib.

Onun olduğu mənzil hündürmərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşir. Mənzildə onunla birlikdə məşuqəsinin də olduğu deyilir.

Mənbə qeyd edib ki, anti-terror əməliyyatının keçirildiyi ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Mənzilin yerləşdiyi binanın sakinləri, yaxınlıqdakı məktəblərin şagirdləri təxliyyə edilib.

***

Son məlumatlara görə, federal güclərin əməkdaşları İŞİD-in Kabardin-Balkar üzrə lideri Robert Zankişiyevi öldürüb. Onun yanındakı qadın isə yaralı ələ keçirilib.

İlkin infomasiyaya görə, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən yoxdur.


Müəllif: