25 Noyabr 2015 16:40
4 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Türkiyə ilə müharibəyə hazırlaşmır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyanın türk xalqına qarşı münasibəti dəyişməz qalıb: "Bizim hazırki türk hökuməti ilə bağlı bəzi suallarımız var".

Lavrov Türkiyəyə səfəri ilə bağlı sualları cavablandırıb: "Hələ ki Türkiyəyə rəsmi səfər və ya buradan hansısa hökumət nümayəndəsinin gəlişi ilə bağlı məsələ gündəmdə deyil. Moskva Ankara ilə əlaqələdən qaçmır".

Rusiya XİN rəhbəri qeyd edib ki, terrorçular Türkiyə ərazisindən öz məqsədləri üçün istifadə edirlər: "Terrorçular Türkiyə ərazisindən Suriya və digər ölkələrdə terror aktları hazırlamaq üçün istifadə edir. Bu heç kimə sirr deyil".

Samir


Müəllif: