ABŞ İŞİD terror qruplaşması döyüşçülərinə qarşı mübarizə məqsədilə İraqa ixtisaslaşmış hərbi qüvvə yerləşdirəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.
Onun sözlərinə görə, göndərilən hərbçilər reydlər həyata keçirəcək, girov götürülmüş vətəndaşları azad edəcək va İŞİD liderlərinin ələ keçirilməsi üçün təşkil edilən əməliyyatlara qatılacaq.
Karter qoşunların sayı haqqında məlumat verməyib.
Samir