Litva hökuməti Rusiyadan gələn yük maşınlarından yol vergisi alınması barədə qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Litva Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu qərar noyabrın 15-dən etibarən Rusiyanın tətbiq etdiyi yol vergisinə cavab addımı kimi qiymətləndirilməlidir. Qərar dekabrın 15-dən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, Rusiyada verilmiş yeni qərara əsasən, yükgötürmə qabiliyyəti 12 tondan çox olan avtomobillərin sürücüləri 2016-cı ilin fevralın sonuna qədər getdiyi hər kilometrə görə 1,53 rubl ödəməlidir. Məsələ ilə əlaqədar Litva Xarici İşlər Nazirliyi Rusiyaya nota verib.
Samir