4 Dekabr 2015 22:32
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Hərbi Hava Qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi zərbələrə cavab olaraq Birləşmiş Krallıq terrorçuların növbəti hədəfinə çevrilə bilər. Bu, KİV-lərin proqnozudur.

Kəşfiyyat məlumatlarına əsasən, hazırda İŞİD qruplaşmasının sıralarında 700-dən çox britaniyalı döyüşür. Onlar istənilən an vətənlərinə qayıdaraq Paris hadisəsinə bənzər hücum aktları həyata keçirə bilərlər. Londonun polis idarəsindən bildiriblər ki, Britaniyanın Suriyadakı əməliyyatlarını dəstəkləyən parlament üzvlərinin ünvanına artıq bu barədə hədələr daxil olub.

Xatırladaq ki, dekabrın 2-də Kiprdəki hərbi bazadan havaya qalxan Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” təyyarələri Suriyada İŞİD qruplaşmasına qarşı əməliyyatlara qoşulub.


Müəllif: