10 Dekabr 2015 09:44
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Feysbuk” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq müsəlmanlara dəstəyini nümayiş etdirib.

Teleqraf.com Habertürk-ə istinadən xəbər verir ki, Zukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatından sonra öz rəsmi "Facebook" səhifəsində fikirlərini bölüşüb:

"Mən buradan Feysbukdakı və dünyadakı bütün müsəlmanlara səslənirəm. Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq.

Kiminsə azadlıqlarına edilən hücum sonralar hamıya zərər verəcək. Müsəlmanlar bunu bilməlidir ki, siz Feysbukda həmişə xoş qarşılanacaqsız. Biz burada sənin hüquqlarını qorumaq üçün və təhlükəsiz ətraf yaratmaq üçün mübarizə aparacağıq.

Ümidinizi itirməyin".

Samir


Müəllif:

Oxşar xəbərlər