10 Dekabr 2015 13:07
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyəyə lazimi dəstəyi göstərə bilərik"

Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə Ankarada Boğaziçi Zirvə Toplantısı keçirilir.

Teleqraf.com xəbər verir ki, "Daha az yoxsulluq, daha çox rifah" şüarı altında keçirilən toplantıda çıxış edən Türkiyənin iqtisadi inkişaf naziri Cevdet Yılmaz ölkəsinin 2023-cü ildə yoxsulluq dərəcəsini sıfıra endirməyi planlaşdırdığını deyib.

İslami İşlər Mərkəzinin rəhbəri Feysəl Al Səud isə dünyadakı yoxsulluğa səbəb kimi vəhşi kapitalizmi göstərib. Səudun fikrincə, beynəlxalq siyasi və iqtisadi sistem yenidən nəzərdən keçirilməlidir.

Toplantı çərçivəsində Qətərin keçmiş baş naziri Abdullah Bin Hamad əl-Attiyah "Sabah" qəzetinə önəmli açıqlamalar verib. O, ölkəsinin təbii qaz məsələsində Türkiyəyə lazımi dəstəyi göstərə biləcəyini söyləyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətərdə görüşdüm. Türkiyə təbii qaza olan tələbatını zəmanət altına alıb. Türkiyənin istədiyi qədər təbii qaz tədarükümüz var. Dünyanın ən böyük LNG gəmiləri də bizdədir. 4-5 gün müddətində istənilən qədər təbii qazı Türkiyəyə çatdıra bilərik. Ankara ilə bununla bağlı razılaşmamız da var".

Samir


Müəllif:

Oxşar xəbərlər