10 Dekabr 2015 15:57
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sanksiyalar qanunsuz, effektsiz və maraqlarımıza ziddir”

Fransa parlamentində Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi müzakirə olunacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, layihə Fransanın sabiq nəqliyyat naziri, hazırda isə parlamentin Respublikaçılar partiyasından olan deputatı Terri Mariani tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilir ki, Rusiyaya qarşı sanksiyalar Fransa-Rusiya münasibətlərinə ciddi təsir göstərir. Həmçinin, Marianinin fikrincə, sanksiyalar qanunsuz, effektsiz və Fransanın maraqlarına ziddir.

Marianinin sözlərinə görə, layihə tez bir zamanda səsə qoyulmalı və qəbul edilməlidir: "Mənim məqsədim parlamentdə 150 imza toplamaqdır. Bundan sonra planlaşdırıram ki, yanvar ayında sənədi Parlamentə təqdim edim".

T.Mariani Fransa-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüdür. O, bu ilin iyul ayında Krıma səfər edən Fransa nümayəndə heyətinə başçılıq edib.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar ötən ilin mart ayında Ukrayna böhranı səbəbindən ABŞ və bəzi Avropa Birliyi ölkələri tərəfindən tətbiq edilir.

Samir


Müəllif:

Oxşar xəbərlər