12 Dekabr 2015 03:09
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda dekabrın 6-da keçirilən Konstitusiya reformalarının nəticələrinin ləğv olunmasını tələb edən etirazçılar Mərkəzi Seçki Komissiyasının binasına tərəf yürüş ediblər.

Oxu.az News.am-a istinadən xəbər verir ki, müxalifətçiləri çoxlu sayda polis müşayiət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Mərkəzi Seçki Komissiyasının binasına yaxın buraxmayıb və onlar Azadlıq meydanına qayıtmağa məcbur olublar.

Etiraz aksiyası davam edir.


Müəllif:

Oxşar xəbərlər