"Ankara və Moskva arasındakı münasibətlər pilotların səhvinə görə korlanmamalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, Türkiyə münaqişə tərəfdarı deyil: "Biz Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək istəyirik. Biz son 10-11 ildə uğurlu əməkdaşlıq edirdik".
Ərdoğanın fikrincə, Ankara belə bir hadisənin baş verməsini istəmirdi: "Bu hadisə bizim ikitərəfli əlaqələrimizə mənfi təsir edib və bizi çox kədərləndirib".
Türkiyə prezidenti qeyd edib ki, Rusiyaya qonşu dövlətlərin rəhbərləri ilə məsələ ətrafında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə döyüş təyyarələri tərəfindən vurulması iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.
Samir