15 Dekabr 2015 19:33
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-ci ildə Şimali Qafqazda terrorçuların 36 lideri öldürülüb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə il ərzində 156 terrorçu zərərsizləşdirilib: "Həmçinin, Rusiyadan Suriyaya gedən və İŞİD terror təşkilatı tərəfində vuruşan 2900 rusiyalının kimliyi məlum olub. Təkcə bu il 100-dən çox Rusiya vətəndaşı bu məqsədlər üçün Suriyaya gedib".

Bortnikov deyib ki, hüquq-mühafizə orqanları bölgədə 30 terror aktının qarşısını alıb və 770 şübhəli şəxsi saxlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər