Bakının Binəqədi rayonunda soyğunçuluq edən bacı və qardaş həbs edilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ülkər Qarayeva və qardaşı Zəki tutulublar.
Onlar oktyabrın 18-də Nailə Babayevaya məxsus içərisində 150 manatı və məişət əşyaları olan çantanı soyğunçuluq yolu ilə alıblar.
Hacı Zeynalov