Türkiyənin Yunanıstanın Saloniki şəhərindəki Baş konsulluğunun binası qarşısında dayanan polislərə "Molotov kokteyli" atıblar.
Atatürkün doğulduğu evin yerləşdiyi binanı mühafizə edən polislərə maskalı şəxslər hücum ediblər.
Atılan partlayıcı maddələrin bir qismi konsulluq binasının divarına dəyib. Hücum zamanı yaralanan olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Salonikidə Türkiyə Baş konsulluğunun önündəki polislər daha əvvəl də hücuma məruz qalmışdı.