19 Dekabr 2015 21:03
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən etiraz aksiyasında nümayişçilərlə polis arasında baş verən toqquşma nəticəsində 75 mitinq iştirakçısı ölüb.

"Report" "France press"ə istinadən xəbər verir ki, bu haqda "Human Rights Watch" beynəlxalq hüquq müdafiəsi təşkilatı məlumat yayıb.

Məlumata görə, hökumət ölkə paytaxtında yeni rayon inşa etmək məqsədi ilə sakinlərin torpaqlarını əllərindən alıb. Bu isə sakinlərin etiraz aksiyası keçirməsinə səbəb olub.

Əsgərlər və polis əməkdaşlarının etirazçılara açdığı atəş nəticəsində 75 aksiya iştirakçısı ölüb.

Rəsmi məlumatda isə nümayişdə ölənlərin 5 nəfər olduğu bildirilib.


Müəllif:

Oxşar xəbərlər