21 Dekabr 2015 09:08
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Arxangelsk şəhər dumasının deputatı Sergey Krasilnikov qardaşını güllələyib.


Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəhbəri Svetlana Tarnayeva bildirib.

Həyatını itirən Andrey Krasilnikov Arxangelsk vilayətinin onkoloji dispanserinin baş həkimi olub.

Hadisə dekabrın 20-də Pinejski və Xolmoqorski rayonlarının sərhədində meşədə ov zamanı baş verib. Svetlana Tarnayevanın məlumatına görə, sığın ovu zamanı hava dumanlı olduğu üçün Sergey Krasilnikov təsadüfən qardaşı Andreyi vurub. Güllə 52 yaşlı Andreyin boyun nahiyəsindən dəyib və o, hadisə yerində keçinib.

Publika.az


Müəllif: