27 Dekabr 2015 20:51
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir, Sudan və Efiopiya Xarici İşlər nazirləri Xartumda danışıqlara başlayıblar.


Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat tərəflər arasında danışıqların Efiopiya paytaxtı Əddis-Əbəbədə yeni su elektrik stansiyasının tikilməsi ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Efiopiya 2011-ci ildən etibarən yeni su elektrik stansiyasının tikintisinə başlayıb. Yeni su elektrik stansiyasının Nil çayı üzərində qurulması planlaşdırılıb. Bu isə Sudan və Misiri narahat edib. Suya tələbatının 70%-ni Nildən alan hər iki ölkə məhz bu addımdan sonra ölkənin su ehtiyatlarının azalacağından qorxurlar.


Müəllif:

Oxşar xəbərlər